Sentyabrın 10-dan Mərkəzi Asiyanın ən böyük taxıl istehsalçısı olan Qazaxıstan buğda və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracaq. Bununla belə, respublika hökuməti iri və xırdabuynuzlu mal-qaranın ixracı üçün kvota tətbiq edəcək.
Eləcə də bax: Qazaxıstandan Azərbaycana taxıl tədarükü - 6 DƏFƏ ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyi aprelin əvvəlində un və taxılın ixracına məhdudiyyətlər qoyub, sonra qərar daxili bazarın qorunması mülahizələri ilə izah edilib. Qazaxıstandan mal-qaranın ixracına qadağa 2022-ci il yanvarın 21-dən iyulun 21-dək qüvvədə olub.