Rusiya prezidenti Vladimir Putin “Rusiya və Afrika: Sülh, tərəqqi və uğurlu gələcək naminə səylərin birləşdirilməsi” məqaləsində qeyd edib ki, Rusiya Federasiyası Ukrayna taxılını həm kommersiya, həm də pulsuz əsaslarla əvəz etmək iqtidarındadır. Bu il yenə Rusiyada rekord məhsul gözlənilir.
Rusiya Taxıl Sazişinin müzakirəsinə qayıtması üçün şərtlərini - AÇIQLAYIB
FED.az xəbər verir ki, müvafiq məqalə Kremlin saytında dərc olunub.
"Bütün bu faktları nəzərə alsaq, humanitar məqsədini doğrultmayan "taxıl müqaviləsi"nin davam etdirilməsi mənasını itirib. Biz "sövdələşmənin" daha da uzadılmasına etiraz etdik - iyulun 18-dən onun icrası başa çatıb. Mən əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm kommersiya, həm də pulsuz baxımından əvəz edə bilər. Xüsusən də bu il də rekord məhsul istehsalı gözləyirik", - məqalədə bildirirlir. (Marja)