2019-cu yanvar-iyul aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq 819,4 manat olub.
Eləcə də bax: «Artıq ödənilmiş 1 milyon manat vergini geri qaytarmışam» – VERGİ EKSPERTİ
FED.az xəbər verir ki, paytaxtda ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.