Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana işgüzar səfəri zamanı Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin qəbulunda olub.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
FED.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər müzakirə edilib.
Bu barədə Mikayıl Cabbarov öz şəxsi “X” sosial şəbəkəsində məlumat verib.