“Özbəkistana işgüzar səfərimiz zamanı Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında iştirak etdik”.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
Nazir bildirib ki, iclasda iki ölkə arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.