Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,912 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 38,6% çoxdur.
Eləcə də bax: Azərbaycan məhsullarını əsasən bu ölkələrə - İXRAC EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ildə ixrac 22,207 mlrd. dollar, idxal isə 11,706 mlrd. dollar təşkil edib. İllik müqayisədə Azərbaycanın ixracı 61,6%, idxalı isə 9,1% artıb.
Nəticədə, 2021-ci ildə 10,501 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2020-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur.