Son 12 ayda (oktyabrda ötən ilin eyni ayı ilə müqayisədə) Türkiyədə restoranlar və otellərdə qiymətlər orta hesabla 94,12% artıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) bildirir.
Eyni zamanda, son 12 ayda ölkədə səhiyyə xidmətləri 81,30 faiz, təhsil 80,83 faiz bahalaşıb.
Aylıq müqayisədə (sntyabr ayı ilə müqayisədə oktyabr ayında) ən yüksək qiymət artımı13,73 faiz ilə geyim və ayaqqabılarda müşahidə olunub. (Marja)