2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 542,5 min cüt ayaqqabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ayaqqabı istehsalı 438,6 min cüt və ya 44,7% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 981,1 min cüt təşkil edib.
01.10.2023- cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5,6 min cüt olub.
Hazır məhsul ehtiyatı da öz növbəsində 40,3 min cüt, yəni 8,2 dəfə (87,8%) azalıb.
01.10.2022- ci il vəziyyətinə hazır məhsul ehtiyatı 45,9 min cüt olub.