Bu ilin yanvar-oktyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2544,8 milyon manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8 faiz azalıb.
Eləcə də bax:Azərbaycanda mebel istehsalı - ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalmış, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.