Vergilər Nazirliyi yük daşımaları ilə məşğul olan şirkətlərin vergi ödənişi ilə bağlı vəziyyətin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Yüklərin idxalı ilə məşğul olan karqo şirkətlərin fəaliyyətində vergidən yayınmaqla bağlı müəyyən çatışmazlıqlar ola bilər. Bu səbəbdən hazırda bu sahədə vergi nəzarətinə yeni innovativ alətlərin tətbiqi üzrəindəı iş aparılır”, - S.Ələkbərov bilsdirib.
Eləcə də bax: Vergi ödəyicilərinə ilin sonunadək vaxt verildi
Onun sözlərinə görə, nazirlikdə karqo fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin işlərinin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.
S.Ələkbərov vurğulayıb ki, nazirlik dövlət büdcəsinə vergi daxilolmalarının artımına ümid edir.
“Hazırda Azərbaycanda 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir. Lakin, bununla belə büdcəyə vergi daxilolmaların 1/3-ni ƏDV təşkil edir, baxmayaraq ki, 2017-ci ildə sadələşdirilmiş vergi üzrə daxilolmaların həcmi 371,5 mln. manat və ya ümumi vergi ödəmələrinin 5,3%-ni təşkil edib”, - nazir müavini əlavə edib.
İnterfaks-Azərbaycan