Azərbaycanın adam başına düşən ÜDM-i orta gəlirli ölkələrin adambaşına düşən ÜDM ortalamasından yüksəkdir.
"Qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı 68%-ə çatıb"
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatında deyib.
“Azərbaycanda bu göstərici 7284 dollar səviyyəsindədir ki, bu da orta gəlirli ölkələrin adambaşına düşən ÜDM ortalamasından yüksəkdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində ticarət sektoruna stimullaşdırıcı tədbirlər görülməlidir. Sənayenin inkişafı baxımından biz texnologiyaları daha çox sənaye zonalarında istifadə edirik. Texnoloji inkişaf insan kapitalının inkişafı ilə paralel olmalıdır. Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil. Digər ölkələrdən texnologiyaların əldə edilməsi sənaye zonalarında bizə dəstək göstərir”, - deyə S.Bəşirli qeyd edib.