Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 100,4 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 1,6 dəfə çoxdur.
Eləcə də bax: Naxçıvanda iqtisadi artım olub - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, kreditlərin 10,89 mln. manatdan çoxu və yaxud 10,9%-i qısamüddətli, 89,14 mln. manatdan çoxu və yaxud 89,1%-i isə uzunmüddətli kreditlər olub.
Avqustun 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 89 024-də çatıb ki, bunun da 77 836-sı və ya 87,4%-i aktiv hesablardır. 2020-ci ilin yanvar-iyul aylarında açılan 22 598 bank hesabının 22 584-ü aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 avqust tarixinə 1 324-ə çatdırılıb. (Apa)