Misir 2021-ci ilin dekabrında Ukraynadan aldığı 240 min ton buğdanın tədarükü ilə bağlı müqavilələri ləğv edib.
Eləcə də bax: Moskva «taxıl razılaşması» üçün şərt qoyubmuş – «Bizim taxıl da satılmalıdır»
FED.az xəbər verir ki, ötən ilin dekabrında Misir rəhbərliyi Kiyevdən taxılın tonunu 346-360 dollar (588-612 manat) qiymətinə alıb.
2022-ci ilin aprel ayında Misir hər ton üçün təxminən 494,3 dollar (840 manat) ödəyib. Lakin Ukraynadakı vəziyyətə görə rezervasiya olunmuş yük çatdırılmayıb.
Qeyd olunur ki, bunun fonunda Misirin Malların Təchizatı üzrə Baş İdarəsi (GASC) təchizatçı şirkətlər “Nibulon” və “Inerco”nu müqavilə öhdəliklərindən azad edib.
Eyni zamanda, daha bir buğda partiyasının Ukraynanın Çernomorsk limanında olduğu dəqiqləşdirilir. Liman rəhbərliyindən icazə alındıqdan sonra yükün Misirə göndərilməsi planlaşdırılır. (Oxu.az)