Azərbaycanda gələn il adambaşına düşən milli gəlir 7 min ABŞ dollarını keçəcək.
Eləcə də bax: Gələn il Azərbaycanda orta maaş - 900 MANATA YAXINLAŞACAQ
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Bundan başqa, nazir deyib ki, 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalının dəyərinin 160 milyard manatı, o cümlədən qeyri-neft ÜDM-nin dəyərinin isə 73,3 milyard manatı keçəcəyi gözlənilir.
"Gələn il illik inflyasiyının 6,9 % təşkil edəcəyi, 2024-2026-cı illərdə (4+/-2%) hədəf diapazonuna qayıtması gözlənilir", - M.Cabbarov əlavə edib. (Report)