“Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşib, iqtisadiyyatımıza ciddi trəsirlər var”.
Eləcə də bax: Mikayıl Cabbarov: "Koronavirus 11 sahəyə 100% təsir edib"
FED.az xəbər verir ki, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.
Nazir vurğulayıb ki, 2019-cu il yanvarın 1-dən əmək müqavilələri ilə bağlı da islahatlar aparılıb:
“2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyuna bu rəqəm 751 min 705 əmək müqaviləsi təşkil edir. Bu, o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb”.