2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda təxminən 889.4 min ton kartof istehsal edilib. Bu əvvəlki ilin müvafiq dövrü səviyyəsindədir.
Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib ki, cari ilin 11 ayında 29.6 milyon dollar kartof ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% çoxdur.
Eləcə də bax: Qiymət aşağı olduğundan kivi bazara çıxarılmır
"Həyata keçirilən tədbirlər həm ümumilikdə, həm də ayrı-ayrı məhsullar üzrə böyük həcmli artımların əldə olunması ilə yanaşı, ixracın həcminin və coğrafiyasının genişlənməsinə də zəmin yaradıb. Bu ilin ilk 10 ayı ərzində 63.8 milyon dollar pambıq lifi və 19.1 milyon dollar pambıq ipliyi ixrac olunub və bu məhsullar üzrə artımlar müvafiq olaraq 2.3 dəfə və 41.2% təşkil edib. Kənd təsərrüfatı məhsullarının ixracının əsasını təşkil edən təzə meyvə ixracı 205.6 milyon dollar olmaqla artım 7.9%, təzə tərəvəz ixracı 169.2 milyon dollar olmaqla artım 6.8% təşkil edib. Bundan əlavə 29.6 milyon dollar kartof (artım 14.7%), 6.2 milyon dollar meyvə və tərəvəz konservləri (artım 50.6%) ixrac olunub",- nazir deyib.