22 dekabrdan İrandan kərə yağı, müxtəlif dənli bitkilər, bəzi kənd təsərrüfatı məhsullarının ixracı qadağan edilib.
FED.az xəbər verir ki, bu barədə İran Gömrüyünün İxrac İdarəsinin baş direktoru Əli Əkbər Şamani bildirib.
Eləcə də bax: İrana gedən azərbaycanlılar 70 faiz artıb
Məlumata əsasən, bazarı təmin etmək və tənzimləmək məqsədilə kərə yağı, noxud, göy noxud, qaragöz lobya, lobya, qırmızı lobya və sair lobyalar, mərci, paxla və digər dənli bitkilərin ixracı qadağan edilib.