Cari ilin iyul ayında İranda istehlak qiymətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 54% artıb. Bir əvvəlki ayda illik artım nisbəti 52.5% idi. Beləliklə, inflyasiya 1995-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb.
Eləcə də bax: Nazir: İran və Rusiya qarşılıqlı ticarətdə dollardan - İMTİNA EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İran Statistika Mərkəzindən verilən açıqlamada deyilir.
Bildirilir ki, inflyasiyanın yüksəlməsinə əsas təsir qida və spirtsiz içkilər sektorundakı 87%-lik artımı olub.
İstehlak qiymətlərində aylıq artım 4.6% olub. Əvvəlki aydakı artım, bu günə qədər görülən ən yüksək aylıq artım kimi qeydə alınıb – 12.2%.