İqtisadiyyat

İranda dollar və manat kəskin ucuzlaşıb – QİYMƏTLƏR ARTIB

İranda dollar və manat kəskin ucuzlaşıb – QİYMƏTLƏR ARTIB | FED.az
09:35 19 İyul 2019

İran İslam Respublikasında Azərbaycan manatı və ABŞ dollarının məzənnəsi kəskin azalıb. FED.az xəbər verir ki, son bir həftə içərisində manatın məzənnəsi təqribən 20% aşağı düşərək 60 min riala enib. Manatla yanaşı, İranda ABŞ dollarının da məzənnəsi kəskin azalıb. Dollar bir həftə əvvəlki 120- min rialdan 100 min riala düşüb.

Xatırladaq ki, FED.az-ın əldə etdiyi məlumata görə, mart ayında 1 Azərbaycan manatı 90 min rial, apreldə 85 min rial, iyunun sonunda isə 74-75 min rial idi. ABŞ dollarının məzənnəsi isə mart ayında 144 min rial, iyunun sonunda 120-125 min rial idi.
Eləcə də bax:Azərbaycan bu il 729 mln. dollarlıq yeyinti məhsulları idxal edib

Manat və dolların ucuzlaşması,  İran rialının isə dəyər qazanması İranan gətirilən malların qiymətinə də təsir edib – Azərbaycanla sərhəd ərazilərində İrandan gətirilən mallar bahalaşmağa başlayıb.

Rialın bahalaşması İranda ərzağın da qiymətini artırıb. FED.az xəbər verir ki, nəticədə bir neçə ay əvvəl 0,8 manata satılan İran çayı hazırda 1,2 manata, 10 kiloqramlıq İran düyüsü 13 manatdan 17 manata yüksəlib.

Əvvəl kiloqramı 80 qəpiyə satılan İrandan gətirilən qənd indi 1,2 manata, 50 qəpiyə satılan şəkər tozu, hazırda 70 qəpiyə, 6 manata satılan İran kərə yağı isə hazırda 8 manata satılır.

İranla sərhəddə baş verən daha bir yenilik, qonşu ölkəyə keçən Azərbaycan vətəndaşlarından sığorta pulunun yenidən tutulmasıdır. Adambaşına 3 manat təşkil edən sığorta haqqı qonşu ölkədə 2 min avroya yaxın sığorta müdafiəsi verir.


 

Digər xəbərlər