Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 729 mln. ABŞ dollarına bərabər olub.
FED.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 12,2% çoxdur. Ümumiyyətlə, cari ilin birinci yarısında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 10,4% təşkil edib.
Eləcə də bax:Sahibkarlar Tehranda beynəlxalq sərgiyə dəvət olunur- İŞTİRAK SƏRBƏSTDİR
Qeyd edək ki, yeyinti məhsulları üzrə ən çox tələbat meyvə-tərəvəz və buğdaya olub.
Meyvə-tərəvəz məhsulları üzrə idxalın həcmi 101,4 mln. dollar təşkil edib və bu göstərici keçən ilin birinci yarısı ilə müqayisədə 13,5% artıb.
Xatırladaq ki, bu ilin ilk yarısında Azərbaycanın xarici ticarətində idxalın həcmi illik müqayisədə 50,5% artaraq 7 mlrd. dollardan çox olub.