Təbiətdə bütün proseslər bir-biri ilə əlaqəlidir. Amma onların başlanğıcını hiss edilməyəcək qədər çox kiçik hadisələrlə bağlılıq təşkil edir. Bunu nəzəriyyə olaraq “ilkin hadisələrdə əlaqəli asıllıq” və ya “ kəpənək effekti” adı ilə tanıyırlar.
KƏPƏNƏK EFFEKTİ NƏDİR?
Lorenz kəpənək effektinin təsirinin belə geniş olacağını bilsəydi, yəqinki bunu təkcə meteorologiyaya aid etməzdi. Əslində Lorenzin özü, 60-cı illərdə havanın necə olacağı haqqında pronoz vermək üçün kompüter ilə tədqiqat aparırdı. Kompüterin verilənlər bazasını küləyin istiqaməti, təzyiq və temperaturdan təşkil olunmuşdu. İlk hesablaması ilə ikinci hesablaması arasında mində bir fərq var idi. Yəni bu fərq bir kəpənəyin qanad çırpdığı zaman yaranana küləklə eyni bir göstəricini ifadə edirdi. Metereoloji olaraq Avropada kiçik bir dalğalanma, Karib dənizindəki böyük bir fırtınaya yol açırdı.
Kəpənək effekti nəzəriyyəsi tədricən dünya üzrə poetik hala çevrilirdi, hətta Lorenz bir dəfə konransda çıxış zamanı belə bir sual ünvanlamışdı “Brazilyada bir kəpənəyin qanad çalması, Texasda bir qasırğayamı gətirib çıxarır?”
Ona görə də dörd və ya beş günlük havanı proqnoz vermək çox çətin bir məsələdir. Fikirləşin okeanın bir tərəfində qasırğa olanda bunun günahkarı okeanın digər tərəfindəki kəpənəklər hesab edilir. Necə də maraqlıdır.
Hava proqnozu kimi, insanın ömrünün proqnozunu da vermək çox qəliz məsələdir. Çünki kiçik məsələlər böyük təsirlər yaradar. İşin gülməli tərəfi , belə kiçik məsələlərə həqiqətən kəpənəklər kimi xırda varlıqlar səbəb ola bilər.
KƏPƏNƏ EFFEKTİ VƏ İNSAN TALEYİ
Bəzi insanaların həyatında kəpənək effektinin təsiri böyük olur . Məsələn bu günlərdə oxuduğum bir məqalədə yazar kəpənək effektinin həyatını necə dəyişdiyini yazır. Deməli yazarın 14 yaşı olanda, evlərinə əlindəki bankada kəpənək olan bir qız gəlir. Yazarın atasından , bu kəpənəyin adını soruşur, hansı ki onun atası bu mövzuda dərs deyir. Atası adın bilmir və həmin qızı oğlu ilə kəndlərində bu sahə haqqında məlumatı olan bir kişinin yanına göndərir, biologiyaçı bunun “herse convolvuli” olduğunu deyir.Bu hadisədən sonra yazarın kəpənəklərə marağı artır və təhsilini entomologiya(həşəratlar haqqında elm) üzrə davam etdirir. İndi isə tropiki kənd təsərrüfatı üzrə işləyir və işlədiyi 30 il ərzində yeddidən çox müxtəlif iqlim tipi olan yeddi ölkə gəzib. Bu hadisədən sonra o, kəpənək effektinin mövcudluğuna inandığını deyir.
KƏPƏNƏK EFFEKTİ İQTİSADİYYATDA
Kəpənək effekti iqtisadi proseslərdə də öz təsirini göstərir. Məsələn elə götürək, istehsal mərhələsinin özünü. İstehsal mərhələsinə məhsulun maya dəyəri artdıqca, onun satış qiyməti də artacaq. Bu da həmin məhsulun istehsalının daha çox xərclə sonlanmasına gətirib çıxaracaq. İstehsal xərclərində artım olduğundan, həmin məhsulun istehsalı azalacaq və bazarda qiymətlər artacaq. Bu da tələb-təklif tarazlığını pozulmasına gətirib çıxaracaq. Yəni istehlakçılar əvvəl daha aşağı qiymətə aldıqları məhsulu indi daha yüksək qiymətə almağa məcbur olacaq. Nəticədə onların real sərvətinin azalmasıma və faiz dərəcəsinin artmasına gətirib çıxaracaq. Mikro tərəfdən vəziyyət yuxarıdakı kimidir.
Makro iqtisadiyyatda
Makro tərəfdən baxsaq, maya dəyərinin artması nəticəsində ölkənin hər yerində həmin məhsulun istehsalı azalmış, bununla bağlı isə qiymətlər artmışdır.Qiymətlərin artması yerli məhsulların qiymətinin xarici məhsulların qiymətindən daha baha olmasına səbəb olacaq. Yəni yerli məhsullar xarici bazarlarda dəyər qazanaraq milli valyutanın xarici valyuat qarşısında qiymətinin artmasına təsir edəcək. Yerli məhsullar xarici bazarlarda baha qiymətə satıldığından, ölkənin idxalı artacaq. Bu prosesin davamı olaraq xalis ixrac azaldığından xarici ticarət kəsri yaranacaq. Qiymətlərin artması inflyasiyaya, istehsalın azalması isə işsizliyə gətirib çıxaracaqdır. İşsizlik artdığına görə, istehsal azalması ölkədə iqtisadi durğunluğa səbəb olacaqdır.Eyni anda həm işsizlik, həm də inflyasiya olduğundan stagflyasiya prosesi baş verəcək.
Yuxarıdakılardan belə başa düşmək olar ki, iqtisadi hadisələr bir-biri ilə ardıcıl baş verir. Yəni kəpənək effektinin təsiri ilə iqtisadiyyatda necə hadisələrin, necə xaosların baş verə biləcəyini müşahidə etmiş olduq.