“İrəvan Ankaranın Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə qərarını alqışlayır”.
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Türkiyənin bu qərarını iki ölkə arasında münasibətlərin normallaşması prosesində növbəti nəticə olaraq qiymətləndirir:
“Bu qərar iki ölkə arasında ticarətin, eləcə də işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.
A.Badalyan həmçinin qeyd edib ki, bu, Ermənistanla Türkiyə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində vacib addımdır və iki ölkə sərhədinin açılması, diplomatik əlaqələrin qurulması ilə davam etdirilə bilər.














