Türkiyədə inflyasiya artıb: mənzil və xidmət qiymətləri gözləniləndən daha sürətli bahalaşıb.
Azərbaycanda da qiymət artımı dayanmır – Mərkəzi Bank inflyasiya proqnozunu dəyişdi
Türkiyə iqtisadiyyatı aprel ayında xoşagəlməz sürprizlə qarşılaşıb. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ay ölkədə inflyasiya kəskin şəkildə artaraq ay ərzində 4,18%-ə, illik müqayisədə isə 32,37%-ə çatıb.
Türkiyə Statistika İnstitutunun (TurkStat) rəsmi hesabatına görə, istehlak qiymətləri indeksi (İQİ) aprel ayında cəmi bir ay ərzində 4,18% artıb. Müqayisə üçün bildirək ki, bu rəqəm mart ayı səviyyəsindən 2 dəfə artıqdır, martda qiymətlər cəmi 1,94% artmışdı. Nəticədə aprelin sonunda illik bahalaşması yenidən 32%-i keçib. Başqa sözlə, Türkiyədə 2 ilə yaxındır ki, davam edən bahalaşmanın səngimə prosesi yenidən artmağa başlayıb.
Aprel ayında ən çox bahalaşan sahələr əsas istehlak malları və baha tələbatları olub. Belə kİ, ötən ay mənzil və kommunal xidmətlər (su, elektrik enerjisi və qaz daxil olmaqla) aylıq 8% artım göstərib. İllik müqayisədə mənzil xərcləri 47%-ə yaxın artıb.
Bundan başqa, ötən ay geyim və ayaqqabı 9%, qida 3,7% (illik 35%-ə yaxın), nəqliyyat 4,3%, təhsil xərcləri isə illik 51% bahalaşıb.
Ümumiyyətlə Türkiyənin rəsmi staistika qurumunun məlumatına görə, qiyməti izlənilən 174 mal və xidmət alt sinifindən 147-də qiymətlərin artıb, bu da inflyasiyanın təsadüfi olmadığını göstərir.














