2026-cı ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 403 milyon 345 min ABŞ dolları, o cümlədən, ixracın əməliyyatlarının həcmi 11 milyard 878 milyon 578 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi 5 milyard 524 milyon 767 min ABŞ dolları, müsbət saldo 6 milyard 353 milyon 810 min ABŞ dolları təşkil edib.
I rübdə Azərbaycandan 95.3 milyon dollarlıq qızıl ixrac edilib
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
FED.az xəbər verir ki, bu barədə bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Beləliklə, Azərbaycanın 3 milyard 93 milyon 871 min dollar və ya 35,2% artıb, idxalı isə 2 milyard 608 milyon 148 min dollar və ya 32% azalıb. Nəticədə xarici ticarətin müsvət saldosu 5 milyard 702 milyon 19 min dollar və ya 9,7 dəfə artıb.
2026-cı ilin ilk 4 ayı ərzində neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın həcmi 7 milyard 179 milyon 791 min dollar təşkil edib. Bu rəqəm 2025-ci ilin eyni dövründə 7 milyard 716 milyon 670 min dollar idi.
2026-cı ilin ilk 4 ayı ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın həcmi 4 milyard 698 milyon 786 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 68 milyon 637 min dollar idi.
2026-cı ilin ilk 4 ayı ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın 3 milyard 599 milyon 655 min dolları 23 ton 550 kq işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızılın (platindən qalvanik örtüklü qızıl daxil olmaqla) satışı ilə bağlıdır. Bu ixrac gəliri, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ölkdə saxladığı qızılın bir hissəsinin satışı ilə əlaqədardır.













