Bu ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyard 524 milyon 767.31 min ABŞ dolları həcmində məhsul idxal edilib.
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bildirir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,23% (454,5 mln. dollar), özəl sektorun payı 82,97% (4 mlrd. 583,8 mln. dollar), fiziki şəxslərin payı isə 8,8% (486,3 mln. dollar) təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında dövlət sektorunun ixracı 7,1 milyard ABŞ dolları, özəl sektorun ixracı 4,76 milyard ABŞ dolları, fiziki şəxslərin ixracı isə 26,3 milyon ABŞ dolları təşkil edib. (Apa)













