Rabitəbank ASC açıq tender elan edir
Tenderin adı: “İnternet bankçılıq platformasının yenilənməsi (redesign)”
Tenderin elan tarixi: 18.05.2026
Tenderin son tarixi: 29.05.2026, saat 17:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
- İşin icra müddəti qeyd edilməsi mütləqdir
- Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
- Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
Texniki tapşırıqla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/ib-redesign
Təkliflərin qəbul edilməsi:
- Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.
- Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.














