“Dreamland Baku”da (Xəyal adası) yerləşən “Green Lounge Restaurant” qiymətləri kəskin artırıb.
FED.AZ xəbər verir ki, sözügedən restoranda əvvəllər iki nəfərlik səhər yeməyi 48 manat təşkil edirdisə indi bu qiymət bir nəfər üçün 35 manatadək yəni 70 manat olub. Qiymətlər 50%-dək artıb.
Restoranın meneceri Qulu Hacıyevin FED.AZ saytına verdiyi məlumata görə, restoranda qiymətlərin kəskin artımına səbəb ölkədə ərzaq qiymətlərinin bahalaşması, həmçinin səhər yeməyi menyusunun çeşidinin daha da genişləndirilməsi ilə bağlıdır.
Q.Hacıyev bildirib ki, həftə sonları səhər yeməyi 08:00–12:00 saat aralığında açıq bufet şəkildə təşkil olunur: “Həftə içi isə açıq bufet olmur. Səhər menyusu set şəkildə təqdim olunur və bu zaman yenə də qiymət dəyişmir, 1 nəfər yenə də 35 manat ödəməli olur”
Qeyd edək ki, baha qiymətləri ilə seçilən Green Lounge Restaurantına gələn müştəri 0–12 yaş uşaqlar üçün ödəniş etmir, 12–18 yaş üçün isə 20 AZN ödəniş etməlidir.
Xatırladaq ki, son bir aydır “Dreamland Baku”da fəaliyyətə başlayan “Kaşıbeyaz” restoranında qiymətlər əl yandırır. Bir nəfər üçün səhər yeməyi setinin qiyməti 38 manatdır. Burada 0-6 yaş uşaqlar üçün səhər yeməyi pulsuzdur. 6-12 yaş üçün uşaqlar üçün 19 manat təşkil edir.





![“Dreamland”da yerləşən "Green Lounge Restaurant" qiymətləri kəskin artırdı – [red]SƏBƏB[/red] | FED.az](upload/news/small/885874.png)
![“Dreamland”da yerləşən "Green Lounge Restaurant" qiymətləri kəskin artırdı – [red]SƏBƏB[/red] | FED.az](upload/news/small/92826.jpg)








