“İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”.
FED.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunub: “Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.