11-16 mart tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən alıcı missiyası təşkil olunacaq.
FED.az xəbər verir ki, alıcı missiyasının əhatə etdiyi hədəf bazarı Koreya Respublikasıdır.
Missiyada iştirakla bağlı ixracatçıların müraciətlərinin qəbulu elan edilib. Missiyada iştirak edəcək alıcıların maksimum sayı 15 hədəflənib. Məhsul olaraq əsasən qida, içki və sənaye sahələri nəzərdə tutulur.
Alıcı missiyasında iştirakla bağlı şərtlərlə Agentliyin saytından (https://u.to/PAo9IA və https://u.to/vwo9IA) tanış olmaq olar.