Biznesdə mənfi təzahürlərdən biri - müflisolmaların səviyyəsi növbəti ildən artan tendensiya ilə gedəcək.
Eləcə də bax: Amerikanı böyük iqtisadi böhran - Gözləyir
FED.az xəbər verir ki, bu barədə iri kredit sığortaçısı Euler Hermes-in yeni araşdırmasında bildirilir. Xatırladaq ki, 2020-ci ildə müflisolmalar 12% azalıb, cari-2021-ci ildə əlavə 6% azalması gözlənilir.
Hermes-in proqnozuna görə, 2022-ci ildə əksər ölkələrin pandemiyaya görə son illərdə tətbiq etdiyi stimullaşdırma və güzəşt siyasətini dayandırması müflisolmaların artmasında əsas amil olacaq. Məhz bu güzəşt paketləri Qərbi Avropada son 2 ildə hər 2 potensial iflasın 1-ni dayandırıb, ABŞ-da isə hər 3 müflisolma riski ilə üzləşən şirkətdən 1-ni xilas edib.
Gələn ildən vəziyyət mənfiyə doğru dəyişəcək - qlobal miqyasda artım 15% təşkil edəcək. Bu, 2019-cu ilin səviyyəsindən 4% azdır. Regional bölgüdə Afrikada müflisolmalar pandemiaydan əvvəlki səviyyəyə çatacaq. Asiya-Sakit okean regionunda iflas hallarının həcmi 18%, Hindistanda isə rekord həddə - 69% artacaq. (Marja)