Gürcüstanın Azərbaycana 6, 291 milyon ABŞ dolları həcmində borcu var.
Eləcə də bax: Gürcüstan aclıq təhlükəsi ilə - ÜZLƏŞƏ BİLƏR
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Aprelin 1-nə olan məlumata görə, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.
Gürcüstanın ümumi xarici borcu isə 5 688 , 261milyon dollara bərabərdir. Bu həcmin 5 442, 597 milyon dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələri Almaniya (373, 930 mln. dollar), Fransa (325, 255 mln. dollar) və Yaponiyadır (213, 296 mln. dollar).
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 12, 105 milyon dollar, 48, 565 milyon dollar və 6, 771 milyon dollara bərabərdir.
Report