Bu il mayın 1-nə Gürcüstanın Azərbaycana dövlət borcu 5,054 milyon ABŞ dolları olub.
Eləcə də bax: Azərbaycandan Gürcüstana pul köçürmələri - 3 Dəfədən Çox Artıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.
Gürcüstanın hazırkı ümumi xarici dövlət borcunun həcmi 8 milyard ABŞ dollarından çoxdur. Məbləğin 7,5 milyard dolları hökumətin payına düşür.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə dəyişməz qalaraq müvafiq olaraq 9,766 milyon ABŞ dolları, 37,468 milyon ABŞ dolları və 5,1 milyon ABŞ dolları təşkil edib. (Report)