Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana pul köçürmələri illik müqayisədə 3,8 dəfə artaraq 9,1 milyon ABŞ dollarına bərabər olub.
Eləcə də bax: Azərbaycanın Türkiyədən hazır geyim - İdxalı Artıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Yanvar-aprel aylarında isə Azərbaycandan qonşu ölkəyə 27,7 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni göstəricisindən 3,2 dəfə çoxdur.
Ötən ay Gürcüstandan Azərbaycana 1,7 milyon ABŞ dolları, ilk dörd ayda isə 5,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Yanvar-apreldə Gürcüstana xarici ölkələrdən 194,1 milyon ABŞ dolları (+ 145,4 %) daxil olub, qonşu ölkədən xaricə isə 25,8 milyon ABŞ dolları (+157,6 %) göndərilib. (Report)