Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 30-da, saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Qalubiyyə küçəsində) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
FED.az bu barədə Komitəyə istinadən xəbər verir.
Qəbulda iştirak etmək istəyənlər qurumun "195" Çağrı Mərkəzinə zəng edə və yaxud internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrinə daxil olaraq (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
Pandemiya tələblərinə uyğun olaraq keçiriləcək qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.