Dövlət Gömrük Komitəsi 9 ədəd “Body Scan” (B-Scan) yoxlama aparatı alıb.
FED.az xəbər verir ki, bu barədə komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Böyükağa Şəfiyev deyib.
O bildirib ki, bu avadanlıqlar artıq ölkəyə gətirilib. Yoxlama aparatlarının Azərbaycanın bütün beynəlxalq hava limanlarında və ölkənin cənub sərhədində yerləşən gömrük sərhəd-keçid məntəqələrində quraşdırılması nəzərdə tutulur.
Eləcə də bax: Gömrük itinin saxlanma xərci 1000-2000 manatdır