Gələn il Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, innovativ və yüksək texnologiyaların tətbiqi əsasında idxalı əvəz edən və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin 2019-cu ilin birinci yarımilliyində istifadəyə verilməsi nəzərdə tutulur. Ümumi investisiya dəyəri 46,5 milyon manat olan zavodda ildə 3 milyon kv.m süni mərmər, keramik qranit, metlax və digər məhsullar istehsal olunacaq. Müəssisənin məhsullarının daxili tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara da ixracı nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması ildə təqribən 30 milyon manatdan çox vəsaitin ölkədən çıxmasının qarşısının alınmasına səbəb olacaq. Zavodda 280 yeni iş yeri açılacaq.
Gəncədə yeni zavod açılır – 280 İŞ YERİ
11:34
24 İyul 2018