Avropa İttifaqının liderlərindən olan daha bir ölkə ittifaqı tərk edə bilər.
FED.az xəbər verir ki, Fransanın məşğur Le Figaro qəzetinin şərhçisi Loran Erble Fransanın Avropa İttifaqından çıxacağını, yəni Frexit olacağını proqnoz edib.
Onun sözlərinə görə, koronavirus Avropa İittifaqının sənayesini çökdürüb. Hazırda dərman inqredientlərinin 80%-i bu zonadan kənarda istehsal edilir, eləcə də bütün maska istehsalı müəssisələri bağlanıb.
Məqalə müəllifi Avropa İttifaqını günahlandırır ki, Avropa ticarətinə preferensiyalar vermir, eləcə də məqalənin müəllifi Avropa ölkələrinə tövsiyə edir ki, rəqabəti artırmaq üçün tibbi xərcləri və həkimlərin maaşlarını aşağı salsın. Erblenin sözlərinə görə, Brüssel öz üzvlərinə daha çox kömək edə bilərdi.
Məqalə müəllifinin sözlərinə görə, Böyük Britaniya Avropa Birliyindən çıxanda onun böyük problemlərinin olacağı bildirilsə də, indi Britaniya koronavirusla Avropadan daha uğurla mübarizə aparır.
«Avropa Birliyi danışıqları o qədər ləng və pis aparır ki, artıq birlik üzvü olan ölkələrin əksəriyyəti bunu gözləmədən özləri Rusiya və Çindən vaksin almağa başlayıblar», - Erble yazır.
Müəllif bildirir ki, Brüssel ( Avropa Birliyinin paytaxtı – FED.az) «vaksin fiaskosu»nun zərərini hələ uzun müddət hiss edəcək və bu proses Avropa Birliyinin imicini korlayacaq
Şərhçinin sözlərinə görə, bu baş verənlər nəticəsində indi Fransada Frexit (yəni Fransanın Avropadan çıxmasının – FED.az) tərəfdarlarının yeni arqumentləri yaranıb və bu da onlara Avropa birliyindən çıxmaq üçün kampaniya başlamağa imkan verəcək.
Xatırladaq ki, bir qədər əvvəl Niderlandın da Avropa Birliyindən narazı qalığı və birliyi tərk etmək barədə düşünüyü bildirilirdi.