2023-cü ilin yanvar ayında Azərbaycanda ərzağın bahalaşma sürəti əhalinin gəlirlərinin artım sürətini üstələyib.
Yanvarda Azərbaycan ərzaq məhsullarının idxal xərclərini - 13% ARTIRIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında əhalinin nominal gəlirləri 5 milyard 379,2 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 15% artıqdır.
Yanvar aynıda əhalinin adambaşına düşən gəlirləri isə 531 manati təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% artıqdır.
Qeyd edək ki, sözügedən dövrdə Azərbaycanda ərzaq mallarının qiymətinin artım sürəti gəlirlərin artım sürətini xeyli üstələyib.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında ölkədə ümumi illik inflyasiya 13,6% təşkil edib.
Bu dövrdə ərzaq mallarının qiyməti 2022-ci ilin yanvarı ilə müqayisədə 17,5% artıb.
Ərzaq mallarının arasında isə qida malları son 1 ildə ümumiyyətlə 18,1% artıb.
Qeyd edək ki, hazırda ölkədə əhali pulunu ən çox ərzaq və qida məhsullarına xərcləyir. Belə ki, yanvar ayının nəticələrinə görə, pərakəndə ticarət dövriyyəsinin 56%-i ərzaq malları, tütün və içkilərin payına düşüb.