Ermənistanla Türkiyə arasında sərhəd açılsa, ticarət dövriyyəsinin həcmi 10 dəfə artacaq.
Ermənistan NATO-ya - DƏVƏT EDİLDİ
FED.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyindən bildirilib.
Nazirliyin sözlərinə görə, Türkiyə ilə quru sərhədinin açılması ilə bağlı məlumat yoxdur və bu kifayət qədər mürəkkəb prosesdir.
Statistikaya əsasən, ölkənin xarici ticarət dövriyyəsində Ermənistan-Türkiyə ticarətinin payı 1 faizdir, lakin İrəvanla Ankara arasında ticarət əlaqələri normallaşandan sonra bu rəqəm 10 faiz və daha çox ola bilər.
Həmçinin əlavə olunub ki, Asiya İnkişaf Bankının (AİB) proqnozuna görə, Azərbaycan və Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistanın xarici ticarət kəsiri təqribən 30-50 faiz azalacaq. (Apa)