NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin rəhbəri Günter Fehlinger Ermənistanın baş naziri Nikol Paşinyana Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib.
“Onların həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, keçidinə mane olmazdılar”
FED.az xəbər verir ki, o, bu barədə X (keçmiş Twitter) hesabında bildirib.
"Mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram", - Fehlinger yazıb.
Günter Fehlinger ABŞ prezidenti Co Baydenə də Ermənistanın müdafiəsi tələbi ilə müraciət edib.
Bir gün əvvəl, sentyabrın 3-də İtaliyanın “La Repubblica” qəzeti Paşinyanla müsahibə dərc edib və o, Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan total asılılığını səhv adlandırıb. Ermənistanın baş naziri qeyd edib ki, ölkə hakimiyyəti bu məsələdə əbəs yerə yalnız Rusiyaya arxalanıb, çünki indi İrəvan “təhlükəsizliyin diversifikasiyası” ilə məşğul olmalıdır. Paşinyan Rusiyanın yəqin ki, Cənubi Qafqazı tərk edəcəyini də irəli sürüb.
“Elə proseslər var ki, belə bir fikrə gətirib çıxarır ki, bir gün biz oyanıb Rusiyanın burada olmadığını görəcəyik”, - Nikol Paşinyan deyib. (Marja)