"Rusiya taxıl müqaviləsinin bərpa edilməsi haqqında düşünməyə hazırdır, ancaq Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra".
Putin ölkəsinin “Taxıl sazişi” ilə bağlı mövqeyini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu Rusiya lideri Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib
“Prinsipial mövqeyimizi bir daha təkrar etmək istərdim: biz taxıl sazişinin bərpası imkanlarını nəzərdən keçirməyə hazır olacağıq, mən bu gün prezidentə (Ərdoğana) bu barədə bir daha dedim və biz bunu bütün razılaşmalar əldə olunan kimi edəcəyik. Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər ləğv edilməyib”, - Putin bildirib.
Onun sözlərinə görə, bütün tələbləri yerinə yetirdikdən sonra Rusiya bir neçə gün ərzində taxıl müqaviləsinə qayıdacaq.
Mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qara dəniz taxıl müqaviləsinə effektiv alternativ yoxdur.
Moskva Ankara və Doha ilə birlikdə ən kasıb ölkələrə taxıl tədarük etməyə hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. (Marja)