Küveytdə dünyanın ən uzun avtomobil körpüsünün tikintisi 2019-cu ildə başa çatacaq.
FED.az-ın məlumatına görə, uzunluğu 48,5 kilometr olan Şeyx Cabir adına körpünün tikintisi Koreyanın “Hyundai” korporasiyası ilə 2,6 milyard dollar həcmində müqavilənin imzalandığı vaxtdan 6 il sonra - bu ilin aprel ayında yekunlaşacaq.
ELƏCƏ DƏ BAX: Gəncə sürət qatarına maraq aşağı olub - CƏMİ 309 NƏFƏR
Küveytin şəhər aqlomerasiyası ilə çoxmilyardlıq “İpək şəhər” memarlıq layihəsinin həyata keçiriləcəyi Küveyt buxtasının əks sahilini birləşdirəcək körpü 36,1 və 12,4 kilometrlik iki hissədən ibarətdir.
Hazırda dünyanın ən uzun avtomobil körpüsü Çinin şərqindəki Sindao şəhərində yerləşir. Onun uzunluğu 42 kilometrə yaxındır.
Ən uzun körpünün istifadəyə veriləcəyi tarix – AÇIQLANDI
21:09
4 Yan 2019