Dünyada 155 ölkə arasında ən yüksək inflyasiya – qiymət artımı olan ölkələr məlum olub.
Azərbaycanda ən varlı və ən kasıb rayonlar – MAAŞLAR, MƏBLƏĞ – SİYAHI (30.09.2022)
FED.az xəbər verir ki, sentyabrın sonuna olan vəziyytə görə, dünyada ən yüksək qiymət artımı Zimbabve, Livan, Venesuela və Sudanda baş verib.
Araşdırılan 155 ölkə dünyanın yeddi regionunu təmsil edib: Asiya, Afrika, Sub-Sahara Afrikası, Yaxın Şərq və Şimali Afrika, Avropa, Okeaniya, Cənubi və Şimali Amerika.
Dünyada (və Afrikanın cənubunda) ən yüksək inflyasiya Zimbabvedə qeydə alınıb - 280,4 faiz. Qışın sonundan sürətlənməyə başlayan qiymət artımı və sentyabr ayına qədər 4,6 dəfə sürətləndi.
Sudan 107 faizlə regionda ikinci, qlobal miqyasda dördüncü, Qana isə 37,2 faizlə üçüncü yerdədir.
Dünyada ikinci, Yaxın Şərq və Şimali Afrika ölkələri arasında isə birinci yeri inflyasiyanın 162,47 faizə çatdığı Livan tutur. Lakin ilin əvvəlindən bu ölkədə inflyasiya 1,4 dəfə səngiyib. Bundan əlavə, bu regionda Türkiyədə 83,5 faiz və Misirdə 15,02 faiz qiymət artımı qeydə alınıb.
Cənubi Amerikada uzun illər yüksək inflyasiyadan əziyyət çəkən Venesuela birinci olaraq qalır. Ötən ilin sonundan orada inflyasiya 4,4 dəfə səngisə də, 157,4 faiz göstərici ilə dünyada üçüncü yeri tutur. Cənubi Amerikada ikinci yerdə payızın əvvəlində qiymət artımının 83 faizə qədər sürətləndiyi Argentina, 41,4 faiz göstərici ilə Surinam üçüncü yerdədir.
Şimali Amerikada 37,24 faiz inflyasiya ilə Kuba liderlik edir, üçüncü yerdə 11,52 faizlə Nikaraqua və 10,37 faizlə Kosta Rika gəlir.
Avropa qitəsində sentyabrda ən yüksək inflyasiya Moldovada qeydə alınıb - 34 faiz. İkinci yeri Ukrayna - 24,6 faiz, üçüncü yeri isə 24,1 faizlə Aİ ölkələri arasında qiymət artımına görə lider olan Litva tutur.
Asiyada qiymətlər sentyabrda ən çox artıb: 73,7 faizlə Şri-Lanka, 34 faizlə Laos və 23,2 faizlə Pakistan. Okeaniyada ən yüksək inflyasiya Tonqa Krallığında 14 faiz, Samoada 11 faiz və Palauda 10,3 faizdir.
Rusiyaya gəlincə, 13,7 faiz göstərici ilə 45-ci yerdədir. Onun reytinqdə qonşuları Çili - həmçinin 13,7 faiz və Monqolustan - 13,8 faiz olub.
Azərbaycanda isə bu dövrdə inflyasiya rəsmi rəqəmlərə görə, 13,4% təşkil edib.
Daha əvvəl bildirilmişdi ki, 19 Avropa ölkəsində oktyabrdan sonra illik inflyasiyanın sürətlənməsi 9,9%-dən rekord həddə - 10,6%-ə qədər qeydə alınıb.