Azərbaycanda əməkhaqlarının ən yüksək və ən aşağı olduğu Rayon/şəhərlər məlum olub.
FED.az xəbər verir ki, ölkədə ən yüksək maaş əvvəlki kimi Bakı şəhərindədir. Siyahıda 2-ci və 3-cü yerləri Daşkəsən və Gədəbəy tutur. Bu həmin rayonlarda qiymətli metal mədənlərinin olması və burada maaşların yüksək olması ilə bağlıdır.
Ölkədə Bakı da daxil olmaqla 17 rayonda aylıq əmək haqqı 600 manatdan yüksəkdir. Amma bunlardan 5-i işğaldan azad olunan və hazırda böyük tikniti işləri aparılan rayonlardır.
Azərbaycanda ən kasıb rayonlar isə, Qax, Zaqatala, Balakən, Xızı, Beyləqan, Kürdəmir və Saatli rayonlarıdır. Bu rayonlarda orta maaş 500 manata da çatmır.