İqtisadiyyat

Dünya Bankı: Qlobal iqtisadiyyat bu il 5,6% böyüyəcək

Dünya Bankı: Qlobal iqtisadiyyat bu il 5,6% böyüyəcək | FED.az
08:37 9 İyun 2021

Dünya Bankının yeni proqnozlarına əsasən, bu il qlobal ÜDM-in artım tempi 5,6% səviyyəsində olacaq və bu dinamikanın son 80 ildə ən kəskin resessiyadan sonra olan artım kimi tarixə düşəcəyi güman edilir.

FED.az xəbər verir ki,  Dünya Bankının "Global Economic Prospects" adlı hesabatının iyun buraxılışında verilən məlumata görə, sözügedən artımın əsasən, dünyanın aparıcı iqtisadiyyatların güclü bərpası hesabına baş verəcək. İnkişafda olan ölkələr isə COVID-19 pandemiyasının təsirlərindən daha çox əziyyət çəkəcək və onların iqtisadiyyatlarının artım tempi nisbətən aşağı olacaq.

Regionların iqtisadiyyatlarına gəldikdə, bu il bank Şərqi Asiya və Sakit okean bölgəsində 7,7%-lik, Avropa və Mərkəzi Asiyada 3,9%-lik, Latın Amerikası və Karib dənizi regionunda 5,2%-lik, Orta Şərq və Şimali Afrikada 2,4%, Cənubi Asiyada isə 6,8% artımın olacağını proqnozlaşdırır.(APA)

Banner
Banner

Digər xəbərlər