Dünya Bankı «Qlobal İqtisadi Perspektivlər» («Global Economic Prospects 2020») hesabatında qarşıdakı illərdə Azərbaycanda iqtisadi artımın zəifləcəyini proqnozlaşdırır.
Eləcə də bax: Dünya Bankı Azərbaycana islahatları davam etdirməyi - TÖVSİYƏ EDİB
Hesabatda deyilir ki, 2019-cu ildə Cənubi Qafqazda möhkəmlənən illik 3,7%-lik artım, bir tərəfdən istehlakın güclənməsinin, istehsalın artımının və eləcə də Ermənistanda hasilatın böyüməsi hesabına olub.
Azərbaycan iqtisadiyyatında təbii qaz hasilatının genişlənməsi və qeyri-enerji sektorundakı artım 2019-cu ilin birinci yarısında iqtisadi artımı dəstəkləyib. Gürcüstan iqtisadiyyatı isə Rusiyanın səyahət məhdudiyyətlərinə baxmayaraq da artmaqda davam edib.
Dünya Bankı bildirir ki, 2019-cu ildə Cənubi Qafqazda 3,7% artım olsa da, sonrakı illərdə bu göstərici 3,1%-ə düşəcək.
Bank Azərbaycanda iqtisadi aktivliyin zifələməsini gözləyir. Səbəb neftin ucuzlaşması və qeyri-neft sektorundakı struktur sərtliyidir. DB güman edir ki, Azərbaycanda islahatlar davam etsə, iqtisadi artım da uzunmüddətli olacaq.
İslahatlar özəl sektorun inkişafına, maliyyə sektorundakı zəifliklərin aradan qaldırılmasına, eləcə də, insan kapitalına yatırımlara yönəlməlidir ki, təhsil səviyyəsi artsın və vərdişlərdəki qeyri-bərabərlik azalsın.
Dünya Bankının hesabatında bildirilir ki, regiondakı enerji daşıyıcıları – Azərbaycan, Qazaxıstan və Rusiya – hələ də dünya bazarındakı qiymət dəyişmələrinə qarşı zəifdirlər.
Bundan başqa, dünya bankı hesab edir ki, regiondakı enerji daşıyıcıları ixracçıları struktur məhdudluğundan əziyyət çəkirlər. Bura ixracın şaxələnməməsi, dövlətin şirkətlərdəki böyük payı, yaxşı olmayan biznes mühit və zəif rəqəbət qabiliyyətidir.
Hesabatda göstəridir ki, 2017-ci ildə Azərbaycanda 0,3% geriləmə, 2018-ci ildə 1,4% iqtisadi artım olub. Bankın proqnozlarına görə, 2019-un nəticələrinə görə artım 2,5% olacaq. Qarşıdakı 3 ildə isə artım sürəti zəifləcək və 2020-də 2,3%, 2021 və 2022-də isə 2,1% təşkil edəcək.
Bank bu dövrdə Ermənistan və Gürcüstanda daha sürətli iqtisadi artım gözləyir.
Bununla yanaşı, qeyd edək ki, Azərbaycanda iqtisadi artımla bağlı Dünya Bankının proqnozları Azərbaycan hökumətin proqnozlarından xeyli fərqlənir.
Hökumətin büdcə zərfində açıqladığı rəsmi proqnoza görə, 2019-cu ildə ölkədə 2,3% artım olacaq. 2020-ci ildə artım sürəti 3,0%, 2021-də 3,7%, 2022-də isə 3,1% olacaq.
Cənubi Qafqaz ölkələrində iqtisadi artım sürəti ilə bağlı Dünya Bankının proqnozu (2019-2022)
|
2019 |
2020 |
2021 |
2022 |
Azərbaycan |
2,5% |
2,3% |
2,1% |
2,1% |
Gürcüstan |
5,2% |
4,3% |
4,5% |
4,5% |
Ermənistan |
6,9% |
5,1% |
5,2% |
5,2% |