Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana 50 milyon milyon məbləğində kreditin ayrılmasını təsdiq edib.
Eləcə də bax: "Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin - FORMALAŞMASI GÖZLƏNİLİR"
FED.az "interfax"a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Kredit vəsaiti 11,5 il müddətinə təqdim olunub, bunun 4 ili – güzəştli dövrdür.
Reallaşdırılması 4 il müdətinə nəzərdə tutulan layihənin ümumi dəyəri 70 milyon dollar təşkil edir, bunun 50 milyonu DB, 20 milyon dolları isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq
Kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.
“Layihə Azərbaycanın məhkəmə sisteminin effektivliyinin artırılması, xüsusilə həm şəhər, həm də kənd rayonlarında əhalinin daha zəif təbəqələrinin ədalətə çıxışının genişləndiriılməsinə yönəlib. Həmçinin, məqsəd daha artıq şəffaflığın və elektron ədalət xidmətlərinin genişləndirilməsi vasitəsilə əsas hüquqi xidmətlərə çıxışın təminatı, idarə olunma sistemlərinin möhkəmləndirilməsi və ictimaiyyətlə əlaqənin institutlaşdırılmasıdır”, - məlumatda qeyd olunur.
“Ədalər sistemində islahat iqtisadsi artıma əlverişli şəraitin yaradılması, vətəndaşlara və biznesə xidmətlərin effektiv təqdim olunmasının açarıdır. Bu layihə Azərbaycanda bütün insanlar üçün elektron ədalət xidmətlərini əlçatan edəcək”, - Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Naveed Naqvi belə hesab edir.
DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 100 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dək layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 3,5 milyard dollardan artıq məbləğdə kredit ayırıb.