Dünya Bankı (DB) Gürcüstan iqtisadiyyatının 2022-ci ildə artım proqnozunu 5,5%-dən 8,8%-ə yüksəldib.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Gürcüstan iqtisadiyyatının artımı üzrə proqnoz Avropa və Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir.
Yüksək iqtisadi artımla əlaqədar Gürcüstan hökuməti daha əvvəl 2022-ci il üçün büdcənin parametrlərini yeniləmək qərarına gəlib. Yenilənmiş məlumatlara görə, bu il iqtisadi artım əvvəllər proqnozlaşdırılan 6% əvəzinə 8,5% olacaq. Bu il nominal ÜDM əvvəllər proqnozlaşdırılan 64,8 milyard lari (23 milyard dollar) əvəzinə 72,2 milyard lariyə (25 milyard dollardan çox) yüksələcək. Beləliklə, 2022-ci ildə adambaşına düşən ÜDM 6,5 min dollardan çox olacaq.
Büdcəyə daxilolmalar 1,27 milyard lari (446 milyon dollar) artaraq 16,8 milyard lari (təxminən 6 milyard dollar) təşkil edəcək. Hökumət büdcə kəsirini planlaşdırılan 4,4%-dən 3,2%-ə endirməyi planlaşdırır. Bu il yüksək iqtisadi artıma görə hakimiyyət orqanları 710 milyon lari (250 milyon dollar) az kredit götürəcək ki, bu da onlara ümumi borcu ÜDM-in 51%-indən 39,6%-niə endirməyə imkan verəcək. Artıq sənəd təsdiq olunmaq üçün parlamentə göndərilib. (Marja)