İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
“Dövlət satınalmaları haqqında” yeni - Qanun Layihəsi Hazırlanıb
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumata görə, görüş zamanı “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatlar barədə müzakirələr aparılıb.
Müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib.