Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti «Az Estetik Group» MMC tərəfindən «Haqsız rəqabət haqqında» qanunun tələblərinin pozulması əlamətləri üzrə araşdırmaya başlayıb.
Dövlət Xidməti mühərrik yağı satan - 2 ŞİRKƏTƏ İŞ QALDIRDI
FED.az xəbər verir ki, Dövlət Xidməti bu araşdırmaya «Azcosmetics» MMC-nin müraciəti əsasında başlayıb.
Sözügedən şirkət iddia edir ki, «Az Estetik Group» MMC şirkəti «Azcosmetics» MMC-yə məxsus «CUATRO» və «WERTEX» əmtəə nişanlarından qanunsuz istifadə edir.
Antiinhisar Xidməti də bu müraciət əsasında «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə araşdırmaya başlayıb.
FED.az xəbər verir ki, xidmət bu mövzunu aprelin 18-də araşdıracaq.